MIR AY PRINT müxtəlif sahələr üzrə peşəkar çap və markalama xidmətləri təqdim edən müasir çap mərkəzidir. Fəaliyyətimiz ərzində müştərilərimizə yüksək keyfiyyət, operativ xidmət və etibarlı həllər təqdim etməyi əsas prinsip kimi qəbul etmişik.
Şirkətimiz seriqrafiya çapı, tampon çapı, UV çapı, lazer markalama, DTF çapı, sublimasiya çapı, tekstil üzərinə çap və promo məhsulların brendlənməsi sahələrində xidmət göstərir. Müasir avadanlıqlarımız və təcrübəli komandamız sayəsində müxtəlif materiallar üzərində dəqiq və uzunömürlü çap nəticələri əldə edirik.
Məqsədimiz müştərilərimizin məhsullarına əlavə dəyər qazandırmaq, brendlərinin tanınmasına və inkişafına töhfə verməkdir. Kiçik sifarişlərdən iri həcmli istehsalata qədər hər bir layihəyə eyni məsuliyyət və peşəkarlıqla yanaşırıq.